Allahşükür Paşazadə Liviyanın Azərbaycana yeni təyin olun səfiri ilə görüşüb

Allahşükür Paşazadə Liviyanın Azərbaycana yeni təyin olun səfiri ilə görüşüb
# 14 oktyabr 2010 13:50 (UTC +04:00)
Bakı. Şəhriyar Əlizadə-APA. Bu gün Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri, Şeyxülislam Allahşükür Paşazadə Liviyanın Azərbaycana yeni təyin olunan səfiri Səad Mustafa Mucbir ilə görüşüb. QMİ-nin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, görüşdə Şeyxülislam Allahşükür Paşazadə Azərbaycanda mövcud olan din-dövlət münasibətləri barədə səfirə məlumat verib. QMİ-nin beynəlxalq təşkilatlarla işbirliyi, xüsusilə YUNESKO yanında Dinlərarası Məşvərət Şurasında Azərbaycanın yer alması barədə səfiri məlumatlandıran A. Paşazadə bunun Azərbaycanın dünya çapında tolerantlıq ənənələri ilə tanınmasından qaynaqlandığını deyib.

Səfir isə çıxışında bu nailiyyətlərin qazanılmasında Azərbaycan dövlətinin və QMİ-nin rolunun böyük olduğunu vurğulayıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR