AMEA-nın İnformasiya Texnologiyaları İnstitutunun direktoru TERENA Baş Assambleyasının 34-cü toplantısında iştirak edəcək

AMEA-nın İnformasiya Texnologiyaları İnstitutunun direktoru TERENA Baş Assambleyasının 34-cü toplantısında iştirak edəcək
# 18 oktyabr 2010 08:17 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva - APA. Oktyabrın 19-21-də Lüksemburq şəhərində TERENA (Trans-European Research and Education Networking Accociation – Trans-Avropa Elmi Tədqiqat və Təhsil Şəbəkəsi Assosiasiyası) Baş Assambleyasının 34-cü toplantısı keçiriləcək. Azərbaycan Milli Elmlər Akademiyasından (AMEA) APA-ya verilən məlumata görə, tədbirdə ölkəmizi İnformasiya Texnologiyaları İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Rasim Əliquliyev təmsil edəcək.

Qeyd edək ki, TERENA Baş Assambleyasının cari ilin iyun ayında keçirilən iclasında AMEA sözügedən transmilli qurumun tam hüquqlu üzvü seçilib.

TERENA Avropa ölkələrinin akademik araşdırma mərkəzləri və universitetlərinin şəbəkələrini əhatə etməklə, elm və təhsilin maraqlarına cavab verən yüksək keyfiyyətli beynəlxalq informasiya-telekommunikasiya infrastrukturunu yaratmağa, milli elektron elm və təhsil mühitləri əsasında vahid, qlobal fəzanın formalaşmasına xidmət edən təşkilatdır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR