Litvanın təhsil və elm naziri bu ölkədə təhsil alan azərbaycanlı tələbələrlə görüşüb - FOTO

Litvanın təhsil və elm naziri bu ölkədə təhsil alan azərbaycanlı tələbələrlə görüşüb - <font color=red>FOTO</font>
# 18 oktyabr 2010 13:48 (UTC +04:00)
Bakı. Viktoriya Dementyeva-APA. Litvanın təhsil və elm naziri Qintaras Stepanoviçus bu ölkədə təhsil alan azərbaycanlı tələbələrlə görüşüb. Bu barədə APA-ya Litvanın Azərbaycandakı səfirliyindən məlumat verilib. Nazirlikdə baş tutan görüşdə Qintaras Stepanoviçus azərbaycanlı tələbələrlə Litvada yaşam tərzi və təhsillə bağlı məsələləri müzakirə edib. Nazir bildirib ki, gənc nəslin Azərbaycanla Litva arasında əlaqələrin möhkəmlənməsində aktiv iştirakı sevindiricidir: “Tələbələr Litvada təhsili çox perspektivli sayırlar və onların daha yaxşı təhsil alması üçün biz öz tərəfimizdən bütün mümkün olan imkanları yaradırıq”. Xatırladaq ki, hazırda Litva universitetlərində 30-dan artıq azərbaycanlı tələbə təhsil alır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR