Bakıda «Fəlakət riskinin azaldılması üzrə Milli Platforma» mövzusunda seminar keçiriləcək

Bakıda «Fəlakət riskinin azaldılması üzrə Milli Platforma» mövzusunda seminar keçiriləcək
# 18 oktyabr 2010 15:01 (UTC +04:00)
Bakı. Laçın Sultanova – APA. Oktyabrın 20-də Bakıda «Fəlakət riskinin azaldılması üzrə Milli Platforma» mövzusunda seminar keçiriləcək. Seminar BMT-nin Fəlakətlərin Azaldılması üzrə Beynəlxalq Strategiyasının (UNİSDR) Mərkəzi Asiya və Qafqaz üzrə Subregional Nümayəndəliyi və Azərbaycan Fövqəladə Hallar Nazirliyi və BMT İnkişaf Proqramının (UNDPI) dəstəyi ilə baş tutacaq. Bu barədə APA-ya UNDPI-dən məlumat verilib.
Seminar müvafiq nazirliklərin, o cümlədən Fövqəladə Hallar Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Səhiyyə Nazirliyi və Sənaye və Energetika Nazirliyinin, ikitərəfli donorların, beynəlxalq və milli QHT-in və KİV nümayəndələri iştirak edəcək. Seminarı BMT-nin Fəlakətlərin Azaldılması üzrə Beynəlxalq Strategiyasının Mərkəzi Asiya və Qafqaz üzrə nümayəndəliyinin regional əlaqələndiricisi Gülsarə Pulatova və Hioqo Fəaliyyət Proqramı üzrə Əlaqələndirici Abdurahim Mühidov aparacaq.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR