Azərbaycanda əmək miqrasiyası üzrə bəzi ixtisasların kvotaları dolub

Azərbaycanda əmək miqrasiyası üzrə bəzi ixtisasların kvotaları dolub
# 19 oktyabr 2010 10:27 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva – APA-Economics. Azərbaycan Nazirlər Kabinetinin ölkədə əmək miqrasiyası üzrə 2010-cu il üçün təsdiqlədiyi bəzi ixtisasların kvotaları artıq dolub. «APA-Economics»in məlumatına görə, bunu əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Natiq Məmmədov bildirib.

N.Məmmədov qeyd edib ki, Azərbaycanda leqal əmək fəaliyyəti ilə məşğul olan miqrantların sayı artmaqdadır. Belə Ki, əgər 2008-ci ildə 4 700 miqrant leqal əmək fəaliyyəti ilə məşğul olurdusa, 2010-cu ilin 9 ayı ərzində onların sayı 7 000-i ötüb: «2009-cu ildə Nazirlər Kabinetinin qərarı ilə Azərbaycanda əmək miqrasiyası sahəsində kvotalar tətbiq edilib, 2010-cu il üçün kvota 10 700 müəyyənləşdirib. Artıq bəzi sahələr üzrə kvotalar dolub».

Nazir müavini əlavə edib ki, bu gün ölkədə peşəkar ixtisaslı kadrların hazırlanması çox əhəmiyyətlidir. Onun sözlərinə görə, son zamanlar Azərbaycan əmək miqrasiyası sahəsi üzrə təyinat ölkəyə çevrilib: «Bu gün həm də Azərbaycanda yeni turizm obyektləri, otellər tikilir. Azərbaycan turizm baxımdan maraqlı ölkəyə çevrilib. Amma bu sahədə orta ixtisaslı kadrların çatışmazlığı problemi qalmaqdadır. Xarici dil bilməmək, texnologiyalardan istifadə etməyi bacarmamaq hələ də kadrlar üçün problemdir».
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR