Azərbaycan Səhiyyə Nazirliyi uşaq qidaları ilə bağlı yoxlamalara başlayır

Azərbaycan Səhiyyə Nazirliyi uşaq qidaları ilə bağlı yoxlamalara başlayır
# 20 oktyabr 2010 09:16 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva – APA. Azərbaycan Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzi satışa çıxarılan uşaq qidaları üzərində yoxlamalar aparacaq. Bu barədə APA-ya mərkəzin qidalanma gigiyenası bölməsinin müdiri İmran Abdullayev deyib.

Onun sözlərinə görə, yoxlamalar gələn həftədən başlayacaq. Nəzarət tədbirləri Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonunu əhatə edəcək. Hazırda isə mərkəz balıq və balıq məhsullarının keyfiyyət göstəricilərini yoxlayır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR