Xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə imtahanların təkmilləşdirilməsi üçün seminarlar keçiriləcək

Xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə imtahanların təkmilləşdirilməsi üçün seminarlar keçiriləcək
# 20 oktyabr 2010 13:56 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva - APA. Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) ali məktəblərin xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə qabiliyyət imtahanlarının təşkili və keçirilməsi metodikasını təkmilləşdirmək məqsədi ilə elmi-metodiki seminarlara başlayır. Komissiyadan APA-ya verilən məlumata görə, bu işlər 2011-2012-ci tədris ili üçün ali təhsil müəssisələrinə qəbul imtahanlarına hazırlıq işləri çərçivəsində görülür. Seminarların ilk təşkilati iclası TQDK-nın regional bölmələri ilə birlikdə oktyabrın 26-da internetlə keçiriləcək. Seminarda xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə qəbul aparılan ali təhsil müəssisələrinin nümayəndələri iştirak edəcək.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR