Lənkəranda xaricdə magistratura təhsili almaq istəyən gənclər üçün seminar keçirilib - FOTO

Lənkəranda xaricdə magistratura təhsili almaq istəyən gənclər üçün seminar keçirilib - <font color=red>FOTO</font>
# 22 oktyabr 2010 07:06 (UTC +04:00)
Lənkəran. Ağəddin Babayev – APA. Lənkəran şəhərindəki İcma Məlumat Mərkəzində xaricdə magistratura təhsili almaq istəyən gənclər üçün “Edmund S . Muskie Mubadilə Proqramı (Muskie) “ ilə əlaqədar seminar keçirilib. APA-nın cənub bürosunun məlumatına görə, xaricdə magistratura təhsili almaq istəyən tələbələrlə yanaşı , bakalavr təhsilli müəllimlərin , habelə QHT və media nümayəndələrinin qatıldığı tədbirdə “Muskie” proqramının icraçısı Nərgiz Hacıyeva çıxış edərək, proqramın əhatə edəcəyi təhsil sahələri, proqramın müddəti və növü, proqrama müraciət və onun şərtləri, müsabiqənin meyarları və s. məsələlər barədə ətraflı söz açıb.
Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb .
Qeyd edək ki , Edmund S . Muskie Mübadilə Proqramı (Muskie) ABŞ Dövlət Departamentinin Təhsil və Mədəniyyət Məsələləri Bürosunun proqramıdır və Beynəlxalq Tədqiqatlar və Mübadilələr Şurası (İREX) tərəfindən idarə olunur. Proqram bir çox ölkələrin, o cümlədən Azərbaycan vətəndaşlarına ABŞ-da magistr dərəcəsi almaq imkanı yaradır və iştirakçılar açıq müsabiqə yolu ilə seçilir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR