Bu il ərzində Dövlət Kino-Foto Sənədləri Arxivinə 2084 sənəd daxil olub

Bu  il ərzində Dövlət Kino-Foto Sənədləri Arxivinə 2084 sənəd daxil olub
# 22 oktyabr 2010 11:00 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. 2010-cu il ərzində Dövlət Kino-Foto Sənədləri Arxivinə 2084 saxlama vahidi sənəd daxil olub. Onlardan 684 saxlama vahidini kino-sənədlər, 1400 saxlama vahidini fotosənədlər təşkil edir. Vüqar Tapdıqlının APA-ya verdiyi məlumata görə, kino-sənədlər (kinoxronika) Mədəniyyət və Turizm Nazirliyinin “Salnamə” sənədli filmlər studiyasından, fotosənədlər Milli Məclisin mətbuat xidmətindən, “AzərTac” informasiya Agentliyindən, “Azərbaycan” qəzetindən daxil olub. 2010-cu ilə aid rəsmi fotosənədlər isə yaxın günlərdə Azərbaycan Respublikası Prezidentinin Mətbuat Xidməti tərəfindən Arxivə daxil olacaq.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR