Şəmkirdə antik və orta əsr Azərbaycan şəhərlərinə həsr olunmuş beynəlxalq konfrans keçirilir
27 oktyabr 2010 16:49 (UTC +04:00)
Gəncə. Ayxan Hüseynov-APA. Şəmkirdə “Antik və orta əsr Azərbaycan şəhərləri: Arxeologiyası, irsi, tarixi və memarlığı” mövzusunda beynəlxalq konfrans keçirilir. APA-nın Qərb bürosunun verdiyi məlumata görə, iki gün davam edəcək konfransda Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA), Arxeologiya və Etnoqrafiya İnstitutunun, Mədəniyyət və Turizm Nazirliyinin rəsmiləri, həmçinin Türkiyə, Rusiya və Gürcüstandan və digər ölkələrdən alimlər iştirak ediblər. Tədbirdə çıxış edən natiqlər keçirilən konfransın ölkə üçün əhəmiyyətindən danışıblar. Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA)-nın prezidenti Mahmud Kərimov son illər ölkə prezidentinin diqqət və qayğısı hesabına ölkənin müxtəlif bölgələrində arxeoloji tədqiqatların genişləndirildiyini bildirərək təkcə son 3 il ərzində dövlət tərəfindən bu işlər üçün ayrılan vəsaitlər hesabına respublikanın müxtəlif bölgələrində 40 mindən artıq maddi mədəniyyət nümunəsi tapıldığını qeyd edib. Konfransda “Azərbaycanın orta əsr arxeoloji tədqiqatlarının nəticələri”, “Şəmkir orta əsr ərəb mənbələrində” və digər mövzularda geniş məruzələr dinlənilib. Qeyd edək ki, iki gün davam edəcək konfransa sabah Gədəbəy rayonunda yekun vurulacaq.
Sosial
Laçına köçən daha 18 ailəyə evlərin açarları təqdim edilib - FOTO - YENİLƏNİB-1
15:59
11 sentyabr 2024
Naxçıvan əhalisinin sayı açıqlanıb
14:05
11 sentyabr 2024
Baş prokuror Xızıda vətəndaşları qəbul edəcək
12:26
11 sentyabr 2024
FHN-in komandası dünya çempionatında 3-cü yerə layiq görülüb - FOTO - VİDEO
11:43
11 sentyabr 2024