Gələn il III və IV qruplar üzrə qəbul imtahanlarında istifadə ediləcək riyaziyyat fənninin qəbul proqramı təsdiqlənib

Gələn il III və IV qruplar üzrə qəbul imtahanlarında istifadə ediləcək riyaziyyat fənninin qəbul proqramı təsdiqlənib
# 30 oktyabr 2010 13:11 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva-APA. Tələbə Qəbulu üzrə Dövlət Komissiyasında 2011-ci ildə ali məktəblərə III və IV ixtisas qrupları üzrə keçiriləcək qəbul imtahanları üçün riyaziyyat fənnindən qəbul proqramının müzakirəsi keçirilib. Komissiyadan APA-ya verilən məlumata görə, iclasda müzakirələr nəticəsində qəbul proqramında müəyyən dəqiqləşmələr və redaktə xarakterli düzəlişlər edilib. Seminarda söylənilmiş təkliflər nəzərə alınmaqla, 2011-ci ildə ali məktəblərə III və IV ixtisas qrupları üzrə keçiriləcək qəbul imtahanları üçün riyaziyyat fənnindən qəbul proqramı qəbul edilib. Qəbul proqramının tam mətni “Abituriyent” jurnalının birinci sayında dərc ediləcək. Növbəti seminar iclasında 2010-cu ildə ali məktəblərə I ixtisas qrupu üzrə qəbul imtahanında istifadə olunmuş test tapşırıqlarının (A və C variantları) statistik göstəricilər əsasında elmi-metodiki baxımdan müzakirəsi aparılacaq.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR