Cavad xan anılıb

Cavad xan anılıb
# 04 yanvar 2011 12:47 (UTC +04:00)
Gəncə. Ayxan Hüseynov - APA. Gəncədə Cavad Xanın ölümünün 207 illiyi qeyd edilib. APA-nın Qərb bürosunun məlumatına görə, Cavad Xan Türbəsi ətrafına toplaşan şəhər rəhbərliyi və ictimaiyyət nümayəndələri rus işğalçılarına qarşı qeyri-bərabər döyüşdə qəhrəmancasına həlak olmuş Cavad xanın qəbrini ziyarət ediblər.

Qeyd edək ki, Cavad xan 1804-cü il yanvarın 3-dən 4-nə keçən gecə general Sisianovun başçılıq etdiyi rus ordusu ilə qeyri-bərabər döyüşdə şəhid olub.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR