Bayramdan sonra Böyük Britaniyada 2 mln. nəfər işə çıxa bilməyib

Bayramdan sonra Böyük Britaniyada 2 mln. nəfər işə çıxa bilməyib
# 05 yanvar 2011 12:13 (UTC +04:00)
Bakı - APA-Economics. Yeni il tətilindən sonra Böyük Britaniyada təxminən 2 mln. nəfər yanvarın 4-də işə çıxa bilməyib.

APA-Economics”in “Daily Telegraph”a istinadən xəbərinə görə, buna səbəb onların özünü pis hiss etməsi olub.

Ekspertlər bayram sonrası “epidemiyanın” vurduğu ziyanı hesablayaraq bu qənaətə gəliblər ki, Böyük Britaniyanın bütün işçi qüvvəsinin 6%-i bayramdan sonra işə çıxmayıb və nəticədə iqtisadiyyata 302 mln. funt-sterlinq (400 mln. 700 min) zərər dəyib.

Səhhətində problem yaranan 2 mln. nəfərdən 275 min nəfəri soyuqdəymədən (öskürək və burun axması) əziyyət çəkdikləri barədə çalışdıqları müəssisənin rəhbərliyinə məlumat verib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR