AMEA Radiasiya Problemləri İnstitutunun direktoru: “Azərbaycanda əsas lokal çirklənmə mənbələri yod zavodlarıdır”

AMEA Radiasiya Problemləri İnstitutunun direktoru: “Azərbaycanda əsas lokal çirklənmə mənbələri yod zavodlarıdır”
# 05 yanvar 2011 13:05 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva-APA. “Hazırda ölkə ərazisində əsas lokal çirklənmə mənbələri yod zavodları sayılır”. Bu barədə APA-ya Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Radiasiya Problemləri İnstitutunun direktoru Adil Qəribov bildirib. Onun sözlərinə görə, hazırda Abşeron yarımadasında iki, Neftçalada isə bir yod zavodu var. Bu ərazilərin təmizlənməsi ilə Fövqəladə Hallar Nazirliyinin müvafiq qurumu məşğul olacaq. Yaxın iki il ərzində yod zavodlarının ərazilərinin lokal çirklənmədən təmizlənəcəyi gözlənilir.

A. Qəribovun sözlərinə görə, hələlik Azərbaycanın bütün ərazisi radioaktiv baxımdan tam öyrənilməyib: “Abşeron yarımadasında bizim tədqiq etdiyimiz ərazilərdə elə də yüksək səviyyədə radioaktiv fon yoxdur. Bu ərazilərdə radiasiya göstəriciləri ümumi səviyyədən aşağıdır. Bütün ölkə ərazisində tədqiqatlar aparmaq üçün isə yeni avadanlıqlar, çoxlu maliyyə və müxtəlif qurumların əlaqəli işi lazımdır”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR