Azərbaycan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində kadr dəyişiklikləri olub

Azərbaycan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində kadr dəyişiklikləri olub
# 06 yanvar 2011 09:19 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva - APA-Economics. Azərbaycan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində kadr dəyişiklikləri olub.

APA-Economics”in məlumatına görə, nazirliyin Dövlət Əmək Müfəttişliyinin rəisi Nəbi Şükürlü vəzifəsindən azad edilib. O, nazirliyin kadrlar şöbəsinə müdir təyin edilib. ƏƏSMN yanında Miqrasiya İdarəsinin rəisi Rauf Tağıyev DƏM rəisi vəzifəsinə, Miqrasiya İdarəsinin rəisi vəzifəsinə isə həmin idarədə rəis müavini vəzifəsində çalışmış Fuad Cabbarov təyin edilib.

ƏƏSMN-in Aparat rəhbərinin müavini Ağacan Əhmədov vəzifəsindən kənarlaşdırılıb. Nazirliyin ictimaiyyətlə əlaqələr sektorunun müdiri Elnur Kələntərli isə Aparat rəhbərinin müavini olub. E.Kələntərlinin əvvəl tutduğu vəzifəsi hələlik vakantdır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR