Təhsil naziri qış imtahan sessiyasının təşkili və keçirilməsi haqqında əmr imzalayıb

Təhsil naziri qış imtahan sessiyasının təşkili və keçirilməsi haqqında əmr imzalayıb
# 06 yanvar 2011 14:35 (UTC +04:00)
Nazirliyin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, imtahan sessiyası dövründə "Qaynar xətt" fəaliyyət göstərəcək.

Nazir ali və orta ixtisas təhsili müəssisələrinin rəhbərlərinə 2010-2011-ci tədris ilinin qış imtahan sessiyasının mövcud normativ sənədlər əsasında təşkil olunmasını təmin etməyi, rəhbərlik etdikləri təhsil müəssisələrində imtahan qərargahı yaratmağı, qərargaha daxil olan hər bir şikayət barədə nazirliyin "Qaynar xətt"inə operativ məlumat verməyi, imtahan sessiyasında şəffaflığı və ictimai nəzarətin gücləndirilməsini təmin etməyi tapşırıb. Bunlarla yanaşı, məktəb rəhbərləri imtahanların gedişində nöqsanlara, neqativ hallara yol vermiş şəxslərə qarşı mövcud qanunvericiliyə uyğun tədbirlər görməli, imtahan sessiyasının təşkili, keçirilməsi və nəticələri barədə sessiya bitdikdən sonra 10 gün müddətinə Təhsil Nazirliyinə yekun hesabat verməlidirlər.

M. Mərdanov TN-nin müvafiq işçilərinə ali və orta ixtisas təhsili müəssisələrində qış imtahan sessiyasının monitorinqinin keçirilməsini təmin etməyi, bu monitorinqə nazirliyin Korrupsiyaya qarşı mübarizə üzrə işçi qrupuna daxil olan qeyri-hökumət təşkilatları və ictimaiyyət nümayəndələrini də cəlb etməyi, neqativ halları araşdırmağa, günahkar şəxslər barədə tədbir görmək üçün təkliflər hazırlamağı tapşırıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR