Müəllif Hüquqları Agentliyində 8 minə yaxın əsər qeydiyyatdan keçirilib

Müəllif Hüquqları Agentliyində 8 minə yaxın əsər qeydiyyatdan keçirilib
# 06 yanvar 2011 15:23 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva-APA. Müəllif Hüquqları Agentliyində (MHA) kompüter proqramları da daxil olmaqla 8 minə yaxın ədəbi, bədii, elmi əsər qeydiyyatdan keçirilib. Yalnız 2010-cu ildə qeydiyyatdan keçirilmiş əsərlərin və əlaqəli hüquqların obyektlərinin sayı 600-dən çox olub. MHA-dan APA-ya verilən məlumata görə, qeydiyyatdan keçirilmiş əsərlər, müəlliflər və hüquq sahibləri haqqında “Əsər” və “Müəllif” informasiya-axtarış sistemlərindən ibarət “Qeydiyyat” elektron məlumat bazası yaradılıb.

Ötən il MHA Milli Elmlər Akademiyası, Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondu və ali məktəblərin tədqiqatçı alimləri ilə əlaqələri də genişləndirilib. Bunun nəticəsində yalnız ötən il Elmin İnkişafı Fondu tərəfindən 200-dən çox layihə qeydiyyatdan keçirilib.

2010-cu ildə folklor üzrə rəqəmli elektron kitabxananın yaradılması və zənginləşdirilməsi işi davam etdirilib. Burada yalnız 300-dən çox musiqili folklor nümunəsi və memarlıq əsərlərinə dair 600-dən çox nümunə toplanıb.

Hesabat dövründə yalnız agentliyin hesabına 96526 manat müəllif qonorarı köçürülüb. Kollektiv idarəetmə təşkilatlarına metodiki yardım gücləndirilib, onların fəaliyyətinə dövlət nəzarətinin artırılması məqsədilə əmlak hüquqlarını kollektiv əsasda idarə edən təşkilatların akkreditasiyadan keçirilməsi qaydalarına dair Nazirlər Kabinetinə müvafiq təkliflər təqdim edilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR