Məktəblilər arasında keçirilən “Bilik yarışı”nın şəhər mərhələsi yanvarın 9–da başa çatacaq

Məktəblilər arasında keçirilən “Bilik yarışı”nın şəhər mərhələsi yanvarın 9–da başa çatacaq
# 07 yanvar 2011 07:45 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva-APA. Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeçiliyində olan ümumtəhsil müəssisələrində məktəblilər arasında keçirilən “Bilik yarışı”nın şəhər mərhələsi yanvarın 9–da başa çatacaq. İdarənin ictimaiyyətlə əlaqələr sektorunun müdiri Zəminə Əliqızı APA-ya bildirib ki, məktəblilərin fənn olimpiadasının şəhər turu 3 mərhələdən ibarət olub. Məktəblilər arasında noyabrın 13–dən keçirilən “Bilik yarışı”nın ilk mərhələsində 120 min şagird iştirak edib. Olimpiadanın II mərhələsi dekabrın 5–də keçirilib və bu mərhələdə 10 minə yaxın məktəbli öz biliyini sınayıb. Yanvar ayının 9–da baş tutacaq məktəblilərin fənn olimpiadasının sonuncu mərhələsində isə 950 şagirdin iştirakı gözlənilir.

Z.Əliqızı deyib ki, IX – XI sinif şagirdləri 7 fənn - Azərbaycan dili və ədəbiyyat, Azərbaycan tarixi, riyaziyyat, fizika, kimya, biologiya, informatika fənləri üzrə yanvarın 9 - da keçiriləcək olimpiadada sınağa çəkiləcəklər. Məktəblilər kimya və biologiya üzrə 8 saylı, Azərbaycan dili və ədəbiyyat, o cümlədən Azərbaycan tarixi üzrə 23 saylı, riyaziyyat, fizika və informatika fənləri üzrə isə 160 saylı klassik gimnaziyada biliklərini sınayacaqlar. Nəticələr yanvarın 25-ə qədər müəyyənləşdirilib Təhsil Nazirliyinə təqdim ediləcək. Qaliblər olimpiadanın respublika turunda iştirak edəcəklər.

Qeyd edək ki, fənn olimpiadasında I yeri tutanlar mərkəzləşdirilmiş test imtahanlarından azad ediləcəklər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR