Azərbaycanda Tibbi-Sosial Ekspert komissiyalarının tərkibi dəyişdirilib

Azərbaycanda Tibbi-Sosial Ekspert komissiyalarının tərkibi dəyişdirilib
# 07 yanvar 2011 08:47 (UTC +04:00)
Bu barədə APA-ya Nazirlər Kabinetindən məlumat verilib.

Dəyişikliklər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Maliyyə Nazirliyi və Ədliyyə Nazirliyi ilə razılaşdırılmış təklifi nəzərə alınaraq qəbul edilib. Qərara əsasən, Tibbi-Sosial Ekspert komissiyalarının (TSEK) maliyyələşdirilməsi dövlət büdcəsinin mərkəzləşdirilmiş xərclərində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə ayrılmış vəsait daxilində həyata keçiriləcək.

Başqa bir dəyişikliklə TSEK üç həkimdən - ekspert-terapevt, ekspert-nevropatoloq və ekspert-cərrahdan ibarət olacaq. Ekspert həkimlərdən biri TSEK-in sədri təyin edilməlidir. TSEK-lərdə bir ştat vahidi tibb bacısı və bir ştat vahidi qeydiyyatçı nəzərdə tutulur.

Ümumilikdə dəyişikliklə bundan sonra TSEK-lər əvvəllər olduğu kimi Zona Tibbi-sosial ekspert komissiyası adlanmayacaq.

Qeyd edək ki, komissiyanın tərkibi indiyədək hər biri iki ştat vahidi olmaqla ekspert-terapevt, ekspert-nevropatoloq, ekspert-cərrah, bir ştat vahidi olmaqla ekspert sosioloq-reablitoloq, bölgədə əlilliyin səviyyəsindən asılı olaraq ekspert-okulist, yaxud ekspert-psixiatrdan ibarət olub. Ekspert həkimlərdən biri zona TSEK-ə sədrlik edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR