Türkiyədə spirtli içkilərin adını daşıyan idman klublarının adları dəyişdiriləcək

Türkiyədə spirtli içkilərin adını daşıyan idman klublarının adları dəyişdiriləcək
# 07 yanvar 2011 12:46 (UTC +04:00)
Bakı - APA-Economics. Bu gündən etibarən Türkiyədə yeni qanun qüvvəyə minib. “APA-Economics”in xəbərinə görə, qanun tütün və alkoqollu içkilərin satış və reklamı ilə bağlı müəyyən məhdudiyyətlərin tətbiq olunmasını nəzərdə tutur.

Qanunun tələbinə əsasən, spirtli içkilərin adını daşıyan idman klubları adlarını dəyişdirməli olacaqlar. Eyni zamanda sözügedən klubların loqo və emblemləri də eyni aqibətlə üzləşəcək. Müvafiq dəyişikliklər üçün klublara bir il vaxt verilib.

Qeyd edək ki, 8 ay əvvəl hazırlıqlarına başlanan bu qanunun qəbul edilməsi bütün diqqətləri Türkiyənin məşhur “Efes Pilsen” basketbol klubuna yönəldib. 1976-cı ildə yaradılan “Efes Pilsen” 13 dəfə Türkiyə və 1 dəfə Avropa çempionu olub. Böyük ehtimalla klub adındakı “Pilsen” sözünü ixtisar edəcək, “Efes” sözünün əvvəlinə və ya axırına isə başqa söz əlavə ediləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR