Dövlət Sosial Müdafiə Fondunun yerli şöbəsi dövlət idarəetmə orqanları arasında ən yaxşı nəticə əldə edib

Dövlət Sosial Müdafiə Fondunun yerli şöbəsi dövlət idarəetmə orqanları arasında ən yaxşı nəticə əldə edib
# 10 yanvar 2011 07:52 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva - APA. Dövlət Sosial Müdafiə Fondunun Ucar rayon şöbəsi Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının «Sağlam və təhlükəsiz əmək şəraitinin yaradılması üzrə ilin ən yaxşı müəssisəsi (təşkilatı)» devizi ilə təşkil etdiyi respublika müsabiqəsində dövlət idarəetmə orqanları arasında keçirilən qiymətləndirmə zamanı ən yaxşı nəticə əldə edib. Fondun ictimaiyyətlə əlaqələr sektorundan APA-ya verilən məlumata görə, bununla bağlı DSMF-nin yerli şöbəsi Dövlət İdarələri və İctimai Xidmət İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsi tərəfindən xüsusi diplomla təltif olunub. Müsabiqənin başlıca məqsədi insanların əmək şəraiti ilə maraqlanmaq, onlara normal iş şəraiti yaratmaq və sosial vəziyyətlərini yaxşılaşdırmaqdır.

Fonddan bildirilib ki, son illərdə DSMF-nin 70-dən çox şöbəsində müasir kompüter infrastrukturu yaradılıb, bütün şöbələrdə maddi-texniki baza və kadr potensialı gücləndirilib, bütün işçilər müasir kompüterlər sistemləri ilə təchiz edilib. DSMF-nin bütün şöbələri müxtəlif növ proqram təminatı ilə təmin edilib. Hazırda əksər işlər kompüter sistemləri vasitəsi ilə aparılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR