Azərbaycan ərazisində hava soyuyacaq, bəzi rayonlarda intensiv qar yağacaq

Azərbaycan ərazisində hava soyuyacaq, bəzi rayonlarda intensiv qar yağacaq
# 10 yanvar 2011 09:09 (UTC +04:00)
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan APA-ya verilən məlumata görə, şimal-şərq küləyi əsəcək, yarımadanın bəzi yerlərində güclənəcək. Havanın temperaturu gündüz 6-8 dərəcə, axşam 5 dərəcəyədək isti təşkil edəcək.

Yanvarın 11-də buludlu hava şəraiti üstünlük təşkil edəcək. Bəzi yerlərdə havanın yağıntılı olacağı gözlənilir. Şimal-şərq küləyi əsəcək. Gecə 3-5, gündüz 5-7 dərəcə isti olacaq.

Yanvarın 11-dən 12-nə keçən gecə bəzi yerlərdə havanın yağıntılı olacağı, gündüz havanın arabir açılacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 3-5 dərəcə, gündüz 6-8 dərəcə isti olacaq.

Yanvarın 13-də havanın dəyişkən buludlu olacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-şərq küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 2-4 dərəcə, gündüz 6-8 dərəcə isti təşkil edəcək.

Azərbaycanın rayonlarında yanvarın 11-də havanın yağıntılı olacağı, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir. Bəzi şərq rayonlarında yağıntının arabir intensivləşəcəyi, Lənkəran-Astara zonasında güclü olacağı ehtimalı var. Şərq küləyi əsəcək, arabir güclənəcək. Havanın temperaturu gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 5-9 dərəcə isti, dağlarda gecə 4-8 dərəcə şaxta, gündüz 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti olacaq.

Yanvarın 12-13-də havanın yağıntılı olacağı, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir. Bəzi şərq rayonlarında yağıntının intensiv olacağı ehtimalı var. Yanvarın 12-də gündüz qərb rayonlarından başlayaraq yağıntılar tədricən kəsiləcək, yanvarın 13-də əsasən yağmursuz keçəcək. Lakin gecə və səhər Lənkəran-Astara zonasında yağıntılı olacağı ehtimalı var. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 4 dərəcə şaxtadan 1 dərəcəyədək isti, gündüz 5-10 dərəcə isti, dağlarda gecə 4-9 dərəcə şaxta, gündüz 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti olacaq.

Tibbi-meteoroloji proqnoza əsasən, yaxın 3 gün ərzində Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdləri meteohəssas insanlar üçün nisbətən əlverişli olsa da, şimal-şərq küləyinin üstünlüyü ilə əlaqədar rütubətli və soyuq diskomfort şərait bəzi meteohəssas insanlarda narahatlıq hissi yarada bilər.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR