Azərbaycanda Ailə Məcəlləsinə dəyişiklik ediləcək

Azərbaycanda Ailə Məcəlləsinə dəyişiklik ediləcək
# 10 yanvar 2011 10:10 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov-APA. Azərbaycanda Ailə Məcəlləsinə dəyişiklik ediləcək. Bu barədə APA-ya Milli Məclisin Sosial siyasət Komitəsindən məlumat verilib.

Məcəlləyə təklif olunan dəyişiklik ailədə ər və arvadın arasında əmlak məsələlərinə dair problemlərin həllinə yönəlib. Təklif olunan dəyişiklik qəbul edilərsə, nikaha girən şəxslər ailədə onlara düşəcək əmlak payına dair əvvəlcədən müqavilə bağlayacaqlar. Müqavilədə ailədən boşanma zamanı, eləcə də bədbəxt hadisələr zamanı kişiyə və qadına düşən payın həcmi qeyd olunacaq.

Ailə Məcəlləsinə təklif olunan başqa bir dəyişiklik isə nigaha girən şəxslərin icbari tibbi müayinəsi ilə bağlıdır.

Əlavə və dəyişikliklər parlamentin yaz sessiyasında müzakirəyə çıxarılacaq.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR