Azərbaycanın şimal rayonlarına qar yağıb

Azərbaycanın şimal rayonlarına qar yağıb
# 10 yanvar 2011 12:26 (UTC +04:00)
Quba. Könül Abdullayeva – APA. Ötən axşamdan başlayaraq Azərbaycanın şimal rayonlarında hava şəraiti kəskin şəkildə dəyişib. APA-nın şimal bürosunun xəbərinə görə, havanın temperaturu əvvəlki günlərlə müqayisədə 5-6 dərəcə aşağı düşüb. Axşam saatlarından başlayaraq, Quba və Qusar rayonlarına yağan yağış bu gün günorta saatlarından etibarən qara çevrilib. Quba Regional Hidrometeorologiya Müəssisəsindən APA-ya verilən məlumata görə, dəniz səviyyəsindən min metr yüksəklikdə yerləşən bütün ərazilərə qar yağmağa başlayıb. Qar ən çox Quba rayonunun ərazisinə düşüb. Rayonun Xınalıq kəndinə 5 sm, Qırız-Dəhnə kəndinə 2 sm qar yağıb. Qusar rayonunda isə Ləzə kəndinə 3-4 sm, Həzrə kəndinə 2 sm qar yağdığı bildirilib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR