Azərbaycanda yeni ekoloji sayt istifadəyə verilib

Azərbaycanda yeni ekoloji sayt istifadəyə verilib
# 11 yanvar 2011 10:23 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva - APA. Azərbaycanda yeni ekoloji saytın təqdimat mərasimi keçirilib. APA-nın məlumatına görə, www.az.eco.info adlı sayt Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elan etdiyi qrant müsabiqəsi çərçivəsində Milli Ekoloji Proqnozlaşdırma Mərkəzi tərəfindən yaradılıb. Mərkəzin prezidenti Telman Zeynalov bu gün keçirdiyi mətbuat konfransında bildirib ki, sayt ingilis dilindədir. Yaxın vaxtlarda saytın rus dili versiyası da istifadəyə veriləcək.
T. Zeynalov deyib ki, saytda iqlim dəyişmələrinin baş verməsinin səbəbləri araşdırılaraq ictimaiyyətə təqdim ediləcək. Onun sözlərinə görə, iqlim dəyişmələrinin baş verməsinə süni amillər, əsasən, silahlar də təsir göstərir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR