Dövlət Baytarlıq Xidmətinin rəis müavini: “Azərbaycanda quduzluq xəstəliyi artmağa başlayıb”

Dövlət Baytarlıq Xidmətinin rəis müavini: “Azərbaycanda quduzluq xəstəliyi artmağa başlayıb”
# 11 yanvar 2011 13:18 (UTC +04:00)
Bunu APA-ya açıqlamasında Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidmətinin rəis müavini Emin Şahbazlı deyib. Onun sözlərinə görə, bır sıra Avropa dövlətlərində heyvanların vaksinasiyası üçün çox asan başa gələn üsuldan istifadə edilir. Həmin ölkələrdə xüsusi paketlər vertolyotlarla meşələrə atılır. Heyvan həmin paketləri yeyir və müəyyən müddətə onda quduzluğa qarşı immunitet yaranır.

E. Şahbazlı deyib ki, son illər heyvanların öldürülməsi, vurulması bir sıra konvensiyalar vasitəsilə qadağan edildiyi üçün vəhşi heyvanlar, o cümlədən canavar, tülkü ovlanmır: “SSRİ dövründə Azərbaycanda ildə bir dəfə ova icazə verilirdi, canavarı, onun balasına öldürənlərə mükafat verilirdilər. İndi isə bu proses dayandırılıb. Bu heyvanların sayı olduqca artıb. Meşələrdə olan heyvanların sayı azaldıqca vəhşi heyvanların yemək ehtiyatı da azalır. Bunun üçün də son illər bu heyvanlar bəzən kəndlərdəki ev heyvanlarına hücum edir və onları quduzluğa yoluxdurular. Bu da insanlara öz təsirini göstərir”.

Onun sözlərinə görə, quduzluğun daşıyıcısı əsasən, canavar və çaqqallardır: “Onlar özləri bu xəstəlikdən çox gec məhv olurlar. Quduzluq xəstəliyi əsasən, meşə boyu ərazilərdə, meşə yaxınlığında olan ərazilərdə yayılır.

DBX rəsmisi onu da deyib ki, quduzluğun qarşısının alınması üçün sovet dövründə Ovçular Cəmiyyəti tərəfindən xəstə heyvanlar ovlanırdı və onların sayı tənzimlənirdi: “Ekologiya və Təbii Sərvətlər Nazirliyi yenidən həmin heyvanlarla bağlı monitorinq aparılmalı, onların baş sayını müəyyənləşdirilməlidir. Əgər hər kvadrat kilometrə düşən heyvanların sayı normadan artıqdırsa, onların sayı tənzimlənməlidir”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR