Azərbaycan paytaxtında buludlu hava şəraiti üstünlük təşkil edəcək

Azərbaycan paytaxtında buludlu hava şəraiti üstünlük təşkil edəcək
# 12 yanvar 2011 08:37 (UTC +04:00)
Bəzi yerlərdə havanın yağıntılı olacağı gözlənilir. Şimal-şərq küləyi əsəcək. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyevin APA-ya verdiyi məlumata görə, havanın temperaturu gündüz 4-6, axşam 1-3 dərəcə isti olacaq.

Yanvarın 12-dən 13-nə keçən gecə bəzi yerlərdə yağıntılı olacağı, gündüz havanın arabir açılacağı, gün ərzində, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-şərq küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Gecə 1-3, gündüz 5-7 dərəcə isti olacaq.

Yanvarın 14-də hava dəyişkən buludlu, əsasən yağmursuz keçəcək. Cənub küləyi əsəcək, yarımadanın bəzi yerlərində arabir güclənəcək. Gecə 1-4, gündüz 6-8 dərəcə isti olacaq.

Yanvarın 15-də hava dəyişkən buludlu, əsasən yağmursuz keçəcək. Axşam buludluluğun artacağı gözlənilir. Cənub-qərb küləyi axşam şimal-qərb küləyi ilə əvəz olunacaq.
Havanın temperaturu gecə 3-5, gündüz 8-10 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında yanvarın 13-də hava, əsasən yağmursuz keçəcək. Lakin gecə və səhər bəzi yerlərdə duman olacaq. Cənub və şərq rayonlarında isə havanın yağıntılı olacağı, dağlıq rayonlarda qar yağacağı gözlənilir. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 2 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüz 5-9 dərəcə isti, dağlarda gecə 3-8 dərəcə şaxta, gündüz 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti olacaq.

Yanvarın 14-15-də hava, əsasən yağmursuz keçəcək. Gecə və səhər saatlarında duman olacaq. Lakin yanvarın 15-də axşam bəzi qərb rayonlarında havanın az yağıntılı olacağı ehtimalı var. Cənub küləyi əsəcək, ayrı-ayrı dağlıq rayonlarda arabir güclənəcək. Havanın temperaturu gecə 4 dərəcə şaxtadan 1 dərəcəyədək isti, gündüz 6-10 dərəcə isti, dağlarda gecə 4-9 dərəcə şaxta, gündüz 2-7 dərəcə isti olacaq.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR