Ötən ay 759 əcnəbinin Azərbaycan ərazisini tərk etməsi barədə qərarlar qəbul edilib

Ötən ay 759 əcnəbinin Azərbaycan ərazisini tərk etməsi barədə qərarlar qəbul edilib
# 12 yanvar 2011 09:05 (UTC +04:00)
Müraciətlər ölkədə müvəqqəti olma müddətlərinin uzadılması, müvəqqəti və daimi yaşamaq üçün icazələrin verilməsi, vətəndaşlığa qəbul, bərpa, xitam, eləcə də vətəndaşlıq mənsubiyyətinin və qaçqın statusunun müəyyənləşdirilməsi, həmçinin əmək fəaliyyətinin həyata keçirilməsi üçün fərdi icazələrin verilməsi və mövcud fərdi icazələrin müddətlərinin uzadılması ilə bağlı olub.

DMX-nin İctimaiyyətlə Əlaqələr Şöbəsindən APA-ya verilən məlumata görə, müraciətlərin hər biri ayrı-ayrılıqda öyrənilib və ölkə qanunvericiliyinin tələblərinə uyğun olaraq icra edilib.

Həmçinin DMX-nin əməkdaşları tərəfindən qanunsuz miqrasiyanın, o cümlədən, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən Azərbaycan Respublikasında olma, habelə müvəqqəti və daimi yaşama qaydalarının pozulması hallarının aşkar edilərək qarşısının alınması məqsədi ilə müvafiq tədbirlər həyata keçirilib.

Keçirilmiş tədbirlər nəticəsində 930 əcnəbi tərəfindən inzibati qanunvericiliyin tələblərinin pozulması halları müəyyən edilib, onlardan 171 nəfərin cərimə tətbiq edilməklə ölkə ərazisində yaşamaları leqallaşdırılıb, 685 əcnəbi barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri ilə nəzərdə tutulmuş qaydada 48 saat ərzində ölkəni tərk etmə, 74 əcnəbinin isə (cəmi 759) inzibati qaydada ölkə hüdudlarından kənara çıxarılması barədə qərarlar qəbul edilib. 59 əcnəbinin 16 yaşı tamam olmadığından həmin şəxslər inzibati məsuliyyətə cəlb olunmayıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR