Mahmud Kərimov: “AMEA yaz sessiyasında doktoranturaya qəbul keçirmək niyyətindədir”

Mahmud Kərimov: “AMEA yaz sessiyasında doktoranturaya qəbul keçirmək niyyətindədir”
# 12 yanvar 2011 09:07 (UTC +04:00)
Sonra bu planlar təhlil olunacaq və doktoranturaya ümumi qəbul planı təsdiq olunacaq. Bundan sonra doktoranturaya qəbul haqqında elan veriləcək. Bu proses bir aydan çox çəkməyəcək”. APA-nın məlumatına görə, bu fikirlər AMEA prezidenti Mahmud Kərimova məxsusdur. Onun sözlərinə görə, AMEA yaz sessiyasında doktoranturaya qəbul keçirmək niyyətindədir: “Son illərdir bizdə yalnız payızda qəbul aparılırdı. Lakin vaxtilə bizdə həm yazda, həm də payızda qəbul aparılıb. Son iki ildə doktoranturaya qəbul aparılmadığını nəzərə alsaq, çalışacağıq ki, bu il həm yazda, həm də payızda doktoranturaya qəbulu təşkil edib keçirək”.

M. Kərimov deyib ki, doktoranturaya qəbul zamanı ixtisas fənni, informatika, xarici dildən imtahanların olacağı gözlənilir: “Biz təklif edirik ki, doktoranturaya qəbul olunmaq istəyən şəxslərin informatika fənnindən bilikləri AMEA-da yoxlanılsın. İxtisas fənnindən imtahanlar isə yerlərdə keçirilsə, yaxşı olar”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR