Mahmud Kərimov : “Terminologiya Komissiyasının adlar və soyadlarla bağlı qərarı tövsiyə xarakteri daşıyır”

Mahmud Kərimov : “Terminologiya Komissiyasının adlar və soyadlarla bağlı qərarı tövsiyə xarakteri daşıyır”
# 12 yanvar 2011 09:28 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. “Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Terminologiya Komissiyasının adlar və soyadlarla bağlı qərarı tövsiyə xarakteri daşıyır. Bu, bizim qərarımızdır. AMEA-nın qərarı əsasında hansı qərarın qəbul ediləcəyini mən deyə bilmərəm. Bu, Ədliyyə Nazirliyinin işidir. Onu əsas götürüb öz fəaliyyətində istifadə edəcək. İnanmıram ki, soyadlarla bağlı qanun və ya fərman olsun”. APA-nın məlumatına görə, bunu AMEA prezidenti Mahmud Kərimov deyib. O bildirib ki, AMEA-nın qərarı əsasən yanvarın 1-dən sonra doğulan uşaqlar üçün nəzərdə tutulub: ”Ancaq hər bir şəxs istəsə, könüllü şəkildə soyadını dəyişə bilər”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR