Zahid Xəlilovun 100 illiyinə həsr olunmuş beynəlxalq konfrans keçirilib

Zahid Xəlilovun 100 illiyinə həsr olunmuş beynəlxalq konfrans keçirilib
# 12 yanvar 2011 10:15 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. Azərbaycan Milli Elmlər Akademiyasında əməkdar elm xadimi, akademik Zahid Xəlilovun anadan olmasının 100 illiyinə həsr olunmuş beynəlxalq konfrans keçirilib. APA-nın məlumatına görə, konfransda çıxış edən AMEA prezidenti Mahmud Kərimov bildirib ki, Z. Xəlilov görkəmli alim olmaqla yanaşı, həm də ziyalılığın simvolu olub: “O, Azərbaycanda riyaziyyat məktəbinin yaradıcılarından biridir. Onun rəhbərliyi altında 30-dan çox elmlər doktoru və namizədi yetişib. Z. Xəlilov uzun illər Riyaziyyat və Mexanika İnstitutunun direktoru işləyib. O, 1957-1959-cu illərdə akademiyanın vitse-prezidenti, 1962-1967-ci illərdə isə prezidenti olub”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR