Azərbaycanda pensiyaların sosial sığorta hissəsinin indeksləşdirilməsi aparılacaq

Azərbaycanda pensiyaların sosial sığorta hissəsinin indeksləşdirilməsi aparılacaq
# 12 yanvar 2011 13:33 (UTC +04:00)
APA-Economics”in xəbərinə görə, DSMF sədri Səlim Müslümov jurnalistlərə bildirib ki, qanunvericiliyə uyğun olaraq rəhbərlik etdiyi qurum 2010-cu il üzrə istehlak qiymətləri indeksinin səviyyəsi barədə rəsmi məlumat almalıdır.

Bundan sonra isə pensiyanın sığorta hissəsinin 2010-cu il üzrə istehlak qiymətləri indeksinin səviyyəsinə uyğun indeksləşdirilməsi üçün DSMF tərəfindən ölkə prezidentinə müraciət ediləcək: “Hələlik bizə bu barədə məlumat verilməyib. Amma bizim tərəfimizdən DSK-ya müraciət edilib”.

Qeyd edək ki, hazırda Azərbaycanda pensiyanın baza hissəsi 85 manatdır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR