Bakıda “Təhsildə informasiya-kommunikasiya texnologiyalarının tətbiqi - bilik, təcrübə, texnologiya” adlı konfrans-sərgi keçiriləcək

Bakıda “Təhsildə informasiya-kommunikasiya texnologiyalarının tətbiqi - bilik, təcrübə, texnologiya” adlı konfrans-sərgi keçiriləcək
# 13 yanvar 2011 08:27 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva - APA. Yanvarın 28-də Bakı Şəhəri üzrə Təhsil İdarəsinin təşəbbüsü ilə “Təhsildə informasiya-kommunikasiya texnologiyalarının tətbiqi - bilik, təcrübə, texnologiya” adlı konfrans-sərgi keçiriləcək. İdarənin ictimaiyyətlə əlaqələr sektorunun müdiri Zəminə Əliqızı APA-ya bildirib ki, tədbirin keçirilməsində əsas məqsəd paytaxt məktəblərində elektron tədris resurslarından, internet texnologiyalarından tədris prosesində istifadəni populyarlaşdırmaq, bu sahədə təhsil ictimaiyyətini məlumatlandırmaq, tədris məqsədləri üçün internetdən istifadənin yeni formalarını üzə çıxarmaq, tədris prosesində informasiya texnologiyalarından fəal istifadə edən müəllimləri həvəsləndirməkdir.

Konfrans-sərgi BŞTİ, Təhsil İşçiləri Azad Həmkarlar İttifaqının birgə təşkilatçılığı ilə keçirilir. Sərgidə nümayiş olunacaq işlər 15 bölmə üzrə təqdim ediləcək.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR