Davos Dünya İqtisadi Forumu qadınlar üçün yeni kvota müəyyənləşdirib

Davos Dünya İqtisadi Forumu qadınlar üçün yeni kvota müəyyənləşdirib
# 13 yanvar 2011 14:26 (UTC +04:00)
Bakı - APA-Economics. Davos Dünya İqtisadi Forumu zirvə toplantılarına gələn nümayəndə heyətlərində qadınlar üçün yeni kvota müəyyənləşdirib.

APA-Economics”in “The Guardian”a istinadən xəbərinə görə, cari ildən etibarən sammitlərə hər 4 siyasətçi və biznesmen kişilərlə 1 qadın da gəlməlidir.

Beləliklə, bu il Davosda keçiriləcək növbəti Dünya İqtisadi Forumunda zərif cinsin 500 nümayəndəsi iştirak edəcək. Halbuki 2005-ci ildə qadınların nümayəndə heyətlərindəki payı 15%-i keçməyib, son illərdə isə 17%-ə yüksəlib.

Qeyd edək ki, növbəti Dünya İqtisadi Forumu bu ilin fevralında Davosda keçiriləcək. Sammitdə 2500 qonağın iştirakı gözlənilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR