Məhkumların şeirlərindən ibarət kitabın təqdimatı keçirilib - FOTO

Məhkumların şeirlərindən ibarət kitabın təqdimatı keçirilib - <font color=red>FOTO</font>
# 13 yanvar 2011 14:34 (UTC +04:00)
Bakı. Şəhriyar Əlizadə-APA. Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 4 saylı cəzaçəkmə müəssisəsində məhkumların şeirlərindən ibarət “Zaman - ömürdür keçər” adlı kitabın təqdimat mərasimi keçirilib. Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən xəbərə görə, kitabda 4 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən məhkum qadınların da şeirləri yer alıb. Mərasimdə kitabda şerləri toplanılan qadın məhkumlar müəssisə rəhbərliyinin əmri ilə mükafatlandırılıb və onlara hədiyyələr təqdim edilib.

Tədbirdə 4 saylı cəzaçəkmə müəssisəsində məhkumlar üçün təşkil edilən kompüter kursunu bitirən 15 nəfərə müvafiq sertifikatlar da təqdim olunub.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR