Səhiyyə Nazirliyində ABŞ-ın Azərbaycandakı səfirliyinin müşaviri ilə görüş keçirilib

Səhiyyə Nazirliyində ABŞ-ın Azərbaycandakı səfirliyinin müşaviri ilə görüş keçirilib
# 13 yanvar 2011 14:41 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva - APA. Bu gün Səhiyyə Nazirliyində Amerika Birləşmiş Ştatlarının ölkəmizdəki səfirliyinin siyasi işlər üzrə müşaviri Brijet Buşe ilə görüş keçirilib. Səhiyyə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, görüş Azərbaycanın İnsan Alverinə qarşı Mübarizə üzrə Milli Fəaliyyət Planının icrası ilə əlaqədar Səhiyyə Nazirliyi tərəfindən görülən işlərin müzakirəsinə həsr olunub.

Görüşdə bildirilib ki, İnsan Alverinə qarşı Mübarizə üzrə Milli Fəaliyyət Planının həyata keçirilməsi ilə bağlı tədbirlər planının (2009-2013-cü illər) icrası ilə əlaqədar SN tərəfindən müvafiq tədbirlər planı işlənib hazırlanıb. Hazırda bu plan həyata keçirilir. İnsan alveri qurbanlarına və məişət zorakılığına məruz qalmış vətəndaşlar üçün tibbi yardım müəssisələri ayrılıb. Bu tibb müəssisələrində həmin şəxslərə lazımi ambulator və stasionar tibbi xidmət göstərilir. Bundan başqa, əhalinin maarifləndirməsi məqsədilə bir sıra tədbirlər həyata keçirilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR