Azərbaycanda vakant dövlət qulluğu vəzifələrinin tutulması üçün müsabiqə və müsahibə elan olunub

Azərbaycanda vakant dövlət qulluğu vəzifələrinin tutulması üçün müsabiqə və müsahibə elan olunub
# 14 yanvar 2011 08:08 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. Azərbaycan Respublikası Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya dövlət orqanlarında inzibati vəzifələrin altıncı-doqquzuncu təsnifatları üzrə vakant dövlət qulluğu vəzifələrinin tutulması ilə bağlı müsabiqə və müsahibə elan edib. Komissiyanın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, müsabiqə və müsahibəyə Sənaye və Energetika Nazirliyi üzrə 11 vakant vəzifə çıxarılıb. Müsabiqədə iştirak etmək üçün sənədlərin qəbulu yanvarın 14-dən fevralın 14-nə, müsahibədə iştirak etmək üçün isə sənədlərin qəbulu yanvarın 14-dən fevralın 2-dək aparılacaq. Sənədlər şəxsən, yaxud poçt vasitəsilə təqdim edilə bilər.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR