Lənkəranda polis əməkdaşlarının iştirakı ilə qanvermə aksiyası keçirilib

Lənkəranda polis əməkdaşlarının iştirakı ilə qanvermə aksiyası keçirilib
# 14 yanvar 2011 11:09 (UTC +04:00)
Lənkəran. Ağəddin Babayev – APA. Bu gün Lənkəran Şəhər Polis Şöbəsi (ŞPŞ) əməkdaşlarının iştirakı ilə qanvermə aksiyası keçirilib. Lənkəran Mərkəzi Rayon Xəstəxanasının qanköçürmə şöbəsinin müdiri Telman Zülfüqarovun APA-nın cənub bürosuna verdiyi məlumata görə, səhər saatlarından başlayan xeyriyyə tədbirinə ŞPŞ-nin 60-dan çox əməkdaşı qoşulub. Toplanılan qan laboratoriya müayinəsindən keçirildikdən sonra talassemiya və hemofiliya xəstəliklərindən əziyyət çəkən uşaqlar müalicəsi üçün istifadə olunacaq.
Qeyd edək ki, hazırda Azərbaycanda 1700-ə qədər talassemiyalı, qan azlığından əziyyət çəkən uşaq var ki, bunlardan da 40 nəfəri Lənkəran rayonunun payına düşür.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR