“Gəncə Sənət Mərkəzinin İnfrastrukturunun Yaxşılaşdırılması layihəsi” qrant sazişinin imzalanma mərasimi keçirilib

“Gəncə Sənət Mərkəzinin İnfrastrukturunun Yaxşılaşdırılması layihəsi” qrant sazişinin imzalanma mərasimi keçirilib
# 14 yanvar 2011 11:13 (UTC +04:00)
Gəncə. Ayxan Hüseynov - APA. Gəncə Sənət Təhsil Mərkəzində “Gəncə Sənət Təhsil Mərkəzinin İnfrastrukturunun Yaxşılaşdırılması Layihəsi” Qrant sazişinin imzalanma mərasimi keçirilib. APA-nın Qərb bürosunun verdiyi məlumata görə, tədbirdə Yaponiyanın Azərbaycandakı səfiri Şuzuke Vatanabe və Gəncə şəhər İcra Hakimiyyətinin nümayəndələri iştirak edib. “Ot kökləri və İnsan Təhlükəsizliyi Qrant yardımı”nın bir hissəsi olaraq 2010-cu ildə bu mərkəz Yaponiya hökuməti tərəfindən təlim üçün müasir avadanlıqlarla təchiz olunub. Layihəyə əsasən bu dəfə mərkəzin binasının infrastrukturunun yenilənməsi nəzərdə tutulur və bunun üçün ayrılmış qrant yardımının ümumi məbləği 69.380 ABŞ dollarıdır.
Qeyd edək ki, bu il Yaponiya Hökumətinin “Ot Kökləri və İnsan Təhlükəsizliyi Qrant yardımı Proqramı”nın Azərbaycanda həyata keçirməsinin 11-ci ili tamam olur.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR