Xəzər dənizinin İrana aid hissəsində balıqlar kütləvi şəkildə məhv olur - FOTO

Xəzər dənizinin İrana aid hissəsində balıqlar kütləvi şəkildə məhv olur - <font color=red>FOTO</font>
# 14 yanvar 2011 12:19 (UTC +04:00)
Bakı. Süleyman Fərzəliyev-APA. İranın Gülüstan vilayətinin liman şəhəri olan Gəz sahillərində balıqların kütləvi şəkildə məhv olduğu müşahidə edilir. APA-nın “SHOMALNEWS” a istinadən verdiyi məlumata görə, Gülüstan vilayətinin Ekologiya və Təbii Sərvətlər idarəsinin rəis müavini Möhsin Cəfərnejad bildirib baş verən hadisəni araşdırmaq üçün ölü balıqların nümunələri baytarlıq idarəsinə göndərilib. Onun sözlərinə görə, Xəzər sahillərində ölü balıqların sayı artmaqdadır: “Biz güman edirik ki, balıqların kütləvi şəkildə məhvi çirkab suların Xəzərə axıdılması ilə əlaqəlidir. Bunun qarşısını almaq üçün ciddi addımlar atmaq lazımdır”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR