Avropa Komissiyasının prezidenti İçərişəhərdə gəzintidə olub - FOTO

Avropa Komissiyasının prezidenti İçərişəhərdə gəzintidə olub - <font color=red>FOTO</font>
# 14 yanvar 2011 13:12 (UTC +04:00)
Bakı-APA. Azərbaycanda səfərdə olan Avropa Komissiyasının prezidenti Joze Manuel Barrozo İçərişəhərdə gəzintidə olub. Bu barədə Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında “İçərişəhər”Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsindən bildirilib. İlk öncə qonağa “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğunun yaranması tarixi və yerli idarəetmə sistemi haqqında məlumat verilib. Qonaqlar Qız Qalasının şimal tərəfində 1964-cü ildə aparılan arxeoloji qazıntı işləri zamanı aşkar olunan Sıratağlı dini-memarlıq kompleksindəki (“Bazar Meydanı”) bədii daşyonma sənətinin nümunələrinə baxıblar. XV əsrin sonunda İçərişəhərin ticarət magistralının üzərində tikilmiş Buxara karvansarasında olarkən orta əsrlərdə karvansaraların təyinatı barədə məlumatlar qonağın diqqətinə çatdırılıb. Avropa Komissiyasının prezidenti “Kiçik Karvansara” abidəsində yerləşən təsviri və dekorativ-tətbiqi incəsənət mərkəzi – “İncəsənət Bağı”nda sərgilənən rəsm əsərlərinə tamaşa edib.
Sonda qonaq İçərişəhərin Fəxri Qonaqlar Kitabında ürək sözlərini yazıb və qədim şəhərə heyran olduğunu bildirib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR