Ərəb şeyxləri 11 mln. dollara yağış sifariş edib

Ərəb şeyxləri 11 mln. dollara yağış sifariş edib
# 15 yanvar 2011 09:10 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Əbu-Dabidə (Birləşmiş Ərəb Əmirlikləri) süni yağışın yaradılması eksperimenti uğurla başa çatıb.

«APA-Economics»in məlumatına görə, «Weathertec» adlı iqlim layihəsinin ərəb şeyxlərinə 11 mln. ABŞ dollarına başa gəlməsinə baxmayaraq, əmirliyin əhalisi quraqlıq və isti havadan əziyyət çəkməyəcək.

Sözügedən layihə xüsusi qurğuların mənfi ionları toplaması və onların öz növbəsində yağış buludlarının yaranmasında istifadəsindən ibarət olub. Belə ki, layihə çərçivəsində 2010-cu ildə alimlər Əbu-Dabi əmirliyinin Əl-Aina şəhərində 52 süni yağış təşkil edib və bu yağışlar demək olar ki, təbii yağışlara bənzəyib.

Layihəni hazırlayan İsveçrənin «Metro Systems International» şirkətinin mütəxəssislərinin sözlərinə görə, şirkət hazırda bu unikal texnologiyanı tam asanlıqla idarə edə bilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR