Son 5 ildə Azərbaycanda gənclər üçün telefon krizis xəttinə 20 mindən çox zəng daxil olub

Son 5 ildə Azərbaycanda gənclər üçün telefon krizis xəttinə 20 mindən çox zəng daxil olub
# 15 yanvar 2011 11:42 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. Azərbaycan Gənclər və İdman Nazirliyinin (GİN) problemi olan gənclər üçün açdığı (+994 12) 510 66 36 nömrəli gənclər üçün krizis telefon xəttinə son 5 ildə 20 mindən çox zəng daxil olub.
Nazirlikdən APA-ya daxil olan məlumata görə, «İnkişaf naminə təşəbbüs» İctimai Birliyi tərəfindən həyata keçirilən layihə beynəlxalq tövsiyələrə uyğun olaraq «gənclərə dost» xidmətidir. Xəttə zəng vuranların əksəriyyəti (80%-i) qadınlardır. Daxil olmuş zənglər haqqında məlumat xüsusi kodifikator vasitəsi ilə qeydə alınır. Qaldırılan problemlər və zəng edənin yaşı, cinsi, sosial qrupa mənsubiyyəti təhlil edilir. Krizis xəttinin əsas məqsədi böhran vəziyyətini yaşayan gənclərə təcili psixoloji yardım göstərmək, özünə və ətrafdakılarına qarşı təhlükəli ola biləcək əməllərin qarşısını almaq, böhranın əmələ gəlməsi ilə əlaqədar olan faktorları araşdırmaqdır. Xidmətə müraciət edən gənclərin əsas problemləri şəxslərarası münasibətlərdə problemlər, ailədə konfliktlər, ağır, sağalmaz xəstəlik haqqında diaqnoz, yaxın adamın itkisi, məşğulluq problemləri, gənclərə qarşı zorakılıq, alkoqola və narkotiklərə qurşanma ilə bağlı olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR