Azərbaycan gömrükçüləri ötən il 17,2 min hüquqpozma faktı aşkarlayıb

Azərbaycan gömrükçüləri ötən il 17,2 min hüquqpozma faktı aşkarlayıb
# 15 yanvar 2011 11:48 (UTC +04:00)
Dövlət Gömrük komitəsindən (DGK) «APA-Economics»ə verilən məlumata görə, hesabat ilində gömrük orqanları tərəfindən həyata keçirilmiş kompleks tədbirlər nəticəsində 17 215 hüquqpozma faktından 264-ü (2009-cu illə müqayisədə 1,63 dəfə çox) cinayət xarakterli faktlar olub və həmin faktlar üzrə tutulmuş qaçaqmalçılıq əşyalarının və digər cinayət predmetlərinin dəyəri 3,042 mln. manatdan çox təşkil edib. Bu əməllərin törədilməsində şübhəli bilinən 294 nəfərin (224 Azərbaycan vətəndaşı, 70 əcnəbi) barəsində müvafiq tədbirlər görülüb.

Cinayət faktlarından 61-i Biləsuvar, 54-ü Astara, 35-i Bakı Baş Bömrük Gdarəsi, 25-i Hava Nəqliyyat Baş Gömrük İdarəsi, 23-ü Xaçmaz, 20-si Avtonəqliyyat, 19-u Tovuz, 11-i Balakən, 10-u DGK-nin Gömrük Sahəsində Hüquqpozmalara Qarşı Mübarizə Baş İdarəsi, 3-ü Culfa, 1-i Yevlax, 1-i Xudafərin, 1-i isə Şahtaxtı gömrük idarələri tərəfindən aşkar olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR