Lənkəranda hüquqşünaslar üçün seminar keçirilir

Lənkəranda hüquqşünaslar üçün seminar keçirilir
# 15 yanvar 2011 19:39 (UTC +04:00)
Lənkəran. Ağəddin Babayev – APA. Yanvarın 15-də Lənkəran şəhərində Amerika Hüquqşünaslar Assosiasiyasının (ABA GELLİ) təşkilatçılığı ilə İnsan Hüquqları üzrə Təlim Təşəbbüsü proqramı çərçivəsində yerli hüquqşünaslar üçün “Azadlıq hüququ və işgəncələrin qadağan olunması” mövzusunda iki günlük seminar işə başlayıb. APA-nın cənub bürosunun məlumatına görə, tədbiri giriş sözü ilə açan Assosiasiyanın Hüquqi Təhsil İslahatları Proqramının hüquqşünası Pərviz Abbasov seminarın iştirakçıların hüquqi biliklərini artırmaq məqsədi daşıdığını bildirib. Daha sonra Azərbaycan Hüquqşünasları Konfederasiyasının əməkdaşı İlqar Cəfərov “Azadlıq hüququ və işgəncələrin qadağan olunması” mövzusunda məruzə ilə çıxış edib. Tədbirdə “Həbs qətimkan tətbiqinə və işgəncələrə yol verilməməsinə dair hüquqi tənzimləmə”, “Milli qanunvericilikdə boşluqlar və kolliziyalar”, “Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr” mövzuları, həmçinin “Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında” qanun layihəsi və Avropa İnsan Hüquqları Məhkəməsinin Azərbaycanla bağlı qərarları ətrafında geniş fikir mübadiləsi aparılıb.
Seminar yanvarın 16-da öz işini davam etdirəcək və sonda iştirakçılara sertifikatlar təqdim olunacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR