Gənc alimlərin elm sərgisi keçiriləcək

Gənc alimlərin elm sərgisi keçiriləcək
# 17 yanvar 2011 13:14 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Gənc Alimlər Şurasının 2011-ci ildə ilk iclası keçirilib. İclasda şuranın illik fəaliyyət proqramı və gənc alimlərin sosial problemləri müzakirə edilib. AMEA-nın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Gənc Alimlər Şurasının sədri İlqar Orucov bildirib ki, obyektiv səbəblərdən iclaslarını mütəmadi olaraq keçirə bilməyən qurum bundan sonra ayda bir dəfə toplanacaq.

İl ərzində Şura gənc alimlərin tədqiqatlarını işıqlandırmaq üçün silsilə tədbirlər keçirəcək. 2 Fevral - Gənclər Günü ilə bağlı Gənc alimlərin Elm sərgisinin keçirilməsi nəzərdə tutulur. Gənclər Günü ilə əlaqədar gənc alimlərin AMEA prezidenti Mahmud Kərimovla da görüşü keçiriləcək. Görüşün keçirilməsində məqsəd gənc alimlərin problemlərinin həllinə çalışmaqdır.

Gənc Alimlər Şurasının 2011-ci il üçün fəaliyyət proqramına fevral ayının sonunda “Yeni nəsil gənc arxeoloqların sərgisi”nin, mayda Gənc Alimlərin I Elm Festivalının keçirilməsi, avqustda gənc alimlər üçün Yay məktəbinin təşkil edilməsi daxildir. İlin sonuna doğru isə Gənc Alimlərin Forumunun keçirilməsi nəzərdə tutulur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR