Ötən il Təhsil Nazirliyinə 23 mindən çox ərizə və şikayət daxil olub

Ötən il Təhsil Nazirliyinə 23 mindən çox ərizə və şikayət daxil olub
# 17 yanvar 2011 15:15 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva - APA. Ötən il ərzində Təhsil Nazirliyinə (TN) ümumilikdə 51552 sənəd daxil olub. Nazirliyin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, onların 23600-ü ərizə və şikayətlər, 27952-i məktub olub. Ötən il TN-də 7251 nəfər qəbul edilib, 4758 müraciət cavablandırılıb. Sorğular və yazılı müraciətlər əsasən diplomların verilməsi, işlə təminat, ali məktəblərə köçürülmə və bərpa, ümumtəhsil məktəblərində şagirdlərin yerdəyişməsi, xaricdə təhsil alan tələbələrə hərbi komissarlığa təqdim etmək üçün arayışın verilməsi, diplomların təsdiq edilməsi, xaricdə təhsil üçün pasport verilməsinə razılıq və digər məsələlərlə bağlı olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR