Azərbaycanın ali məktəblərinin magistraturalarına tələbə qəbulu başlayır

Azərbaycanın ali məktəblərinin magistraturalarına tələbə qəbulu başlayır
# 18 yanvar 2011 09:36 (UTC +04:00)
Komissiyadan APA-ya verilən məlumata görə, bakalavrların ərizə qəbulu yanvarın 25-dən fevralın 7-dək İnternet vasitəsilə aparılacaq. Cari ilin məzunları “Bakalavrın elektron ərizəsi” formasını bitirdikləri ali təhsil müəssisəsində yaradılmış, ali təhsil müəssisələrini əvvəlki illərdə bitirənlər və nəzdində Sənəd Qəbulu Komissiyasında (SQK) fəaliyyət göstərməyən ali təhsil müəssisələrinin cari il məzunları isə ali təhsil müəssisəsində yaradılmış SQK-da təsdiq etdirə bilərlər.

Qəbul imtahanı - test üsulu ilə iki mərhələdə keçiriləcək. Birinci mərhələdə bakalavrların ümumi intellekt səviyyəsi (məntiqi təfəkkürü), informatika fənnini və xarici dili bilmə səviyyəsi, ikinci mərhələdə isə seçdikləri qəbul proqramı əsasında onların ixtisas üzrə bilikləri yoxlanılacaq.
Birinci mərhələnin imtahanı fevralın 20-də keçiriləcək. Bu imtahanda bakalavrlara ümumi intellekt səviyyəsinin (məntiqi təfəkkürun) yoxlanılması üzrə 50, xarici dil üzrə 25 və informatika üzrə 25 test tapşırığı təqdim olunacaq. Birinci mərhələnin nəticələrinə görə ümumi balı 50-dən az olmayan, o cümlədən ümumi intellekt səviyyəsini (məntiqi təfəkkürü) yoxlayan testdən topladığı bal 20-dən, informatika üzrə testdən topladığı bal 10-dan, xarici dil üzrə testdən topladığı bal 10-dan az olmayan bakalavrlar qəbul imtahanının ikinci mərhələsinə buraxılacaqlar.
İkinci mərhələyə buraxılan bakalavrlar “Magistr” jurnalının 4-cü sayında dərc ediləcək elana əsasən bitirdikləri bakalavr ixtisasına uyğun qəbul proqramını seçəcək və bu proqrama aid olan ixtisaslaşmalardan qəbul olmaq istədikləri ixtisaslaşmaların kodlarını ərizələrinə daxil edib təsdiq edəcəklər.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR