Dilçi alim İsmayıl Əhmədzadə vəfat edib

Dilçi alim İsmayıl Əhmədzadə vəfat edib
# 18 yanvar 2011 09:53 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva - APA. Filologiya elmləri namizədi, Bakı Dövlət Universitetinin Azərbaycan dilçiliyi kafedrasının dosenti, Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) Azərbaycan dili və ədəbiyyatı üzrə elmi-metodiki seminarının və ekspert şurasının sədri İsmayıl Əhməd oğlu Əhmədzadə dünyasını dəyişib. APA-nın məlumatına görə, İ. Əhmədzadə 80-dən artıq elmi, elmi-metodik məqalənin, 13 kitabçanın, 2 dərs vəsaitinin müəllifidir. Görkəmli alim eyni zamanda bir çox elmi kitabların, o cümlədən dərslik və dərs vəsaitlərinin elmi redaktoru olub.
İsmayıl Əhmədzadənin elmi-metodik fəaliyyətinin böyük bir hissəsi TQDK ilə bağlı olub. O, 1994-cü ildən TQDK-da Azərbaycan dili və ədəbiyyatı üzrə elmi-metodiki seminara və ekspert şurasına rəhbərlik edib.
On altı il ərzində rəhbərlik etdiyi müddətdə qəbul imtahanları proqramlarının tərtibi, test bankının yaradılması, təkmilləşdirilməsi, Azərbaycan dili və ədəbiyyat fənləri üzrə test metodologiyasının hazırlanması, yeni test sualları modellərinin yaradılması, abituriyentlər üçün köməkçi vəsaitlərin, siniflər üzrə test kitabçalarının hazırlanması, “Abituriyent” jurnalında tövsiyə və şərhlərin dərc edilməsi İ. Əhmədzadənin rəhbərliyi altında həyata keçirilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR