Dövlət Sosial Müdafiə Fondu Suraxanı rayon şöbəsində baş verən nöqsanlarla bağlı Baş Prokurorluğa müraciət edib

Dövlət Sosial Müdafiə Fondu Suraxanı rayon şöbəsində baş verən nöqsanlarla bağlı Baş Prokurorluğa müraciət edib
# 18 yanvar 2011 10:16 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva - APA-Economics. Dövlət Sosial Müdafiə Fondunun Daxili Audit Şöbəsi apardığı audit araşdırma nəticəsində Bakı şəhəri Suraxanı rayon şöbəsinin pensiyaların ödənişi və uçotu sahəsindəki fəaliyyətində ciddi nöqsanlar aşkarlayıb.

Fondun ictimaiyyətlə əlaqələr şöbəsindən “APA-Economics”ə verilən məlumata görə, fəaliyyətlərində saxtakarlıq edərək vəsaitlərin təyinatından kənarlaşdırmaqla mənimsənilməsinə yol vermiş Suraxanı rayon şöbəsinin maliyyə-uçot sektorunun müdiri-baş mühasibi Kərim Muradov, məsləhətçi-mühasibləri Dunay Şirəliyeva, Maisə Qurbanova, Təranə Cavadova, Kəmalə Hüseynova, Elnarə Hüseynova, Sevda İsmayılova, Mehparə Əliyeva, Hikmət Şirinov, Emin Hüseynov və Akif Sərkərov vəzifələrindən azad edilib.

Audit araşdırması materiallarının müvafiq tədbirlərin görülməsi üçün Azərbaycan Respublikası Baş Prokurorluğuna təqdim olunması barədə qərar qəbul olunub.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR